“Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...” - FOTO
18 Oktyabr 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
831
29.07.2025, 09:10
Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə Nigar Camalın arasında baş vermiş qalmaqala münasibət bildirib.
Oxu24.com xəbər verir ki xalq artisti Teleqraf-a açıqlamasında müğənni Nigar Camaldan bu reaksiyanı gözləmədiyini deyib.
Onun sözlərinə görə, qızı barədə Nigar Camalın ittihamı səhvdir: "Nigar Camaldan belə bir səhv gözləməzdim. Əslində, hamımız müəyyən kölgələrin altındayıq. Bu dünyada hər şeyin bir səbəbkarı var. Əgər səbəbkar olmasa, Allah da bizə yardım etməz. Hamımız ustadlarımızdan, böyük sənətkarlardan dərs almışıq.
Bəziləri kiminsə kölgəsində qalıb, bəziləri isə həmin kölgədən çıxmağı bacarıb. Şükürlər olsun ki, Fərqanə Qasımova kölgədə qalmayıb. Onun solo konsertləri olub, özü isə çox istedadlı bir sənətçidir. Xahiş edirik ki, bu məsələdən qalmaqal düzəldilməsin".
Qeyd edək ki, 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal baş verib.
Buna səbəb Fərqanə Qasımovanın Nigar Camalın geyimi haqqında yazdığı "Kəsmə yollarla önə getmək, əlbəttə, çox rahatdır - türk qardaşlarımız demişkən" şərhi olub.
Nigar Camalın Əməkdar artistə cavabı gecikməyib: "Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm. Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz.
Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar".
23:59 / 18 Oktyabr 2026
159
23:49 / 18 Oktyabr 2026
135
23:32 / 18 Oktyabr 2026
150
23:21 / 18 Oktyabr 2026
154
22:54 / 18 Oktyabr 2026
185
22:03 / 18 Oktyabr 2026
186
21:52 / 18 Oktyabr 2026
165
21:31 / 18 Oktyabr 2026
206
21:26 / 18 Oktyabr 2026
198
21:20 / 18 Oktyabr 2026
151
21:13 / 18 Oktyabr 2026
183
21:08 / 18 Oktyabr 2026
131
20:58 / 18 Oktyabr 2026
100
20:39 / 18 Oktyabr 2026
116
20:25 / 18 Oktyabr 2026
145
20:09 / 18 Oktyabr 2026
178
19:56 / 18 Oktyabr 2026
222
19:42 / 18 Oktyabr 2026
233
19:30 / 18 Oktyabr 2026
1067
19:19 / 18 Oktyabr 2026
136
19:09 / 18 Oktyabr 2026
98
18:55 / 18 Oktyabr 2026
887
18:50 / 18 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.