Qaynar xətt:

(+99450) 247 90 86

“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?”- Video

“Ölkənin yanğını, daşqını ilə niyə mən mübarizə aparmalıyam?”- Video

ŞOU-BİZNES

185

25.11.2024, 13:15

Türkiyəli rejissor və aktyor Ali Atay ölkəsində baş verən istənilən hadisəyə görə məşhurların hədəfə alınmasını qınayıb.

Oxu24.com xəbər verir ki, o bu barədə jurnalist Fatih Altaylının yutub kanalına qonaq olarkən danışıb.

Rejissorun sözlərinə görə, ölkəsindəki təbii fəlakətlərlə məşhurlar yox, aidiyyəti qurumlar məşğul olmalıdır: “Bu ölkənin yanğını, daşqını, seli ilə niyə mən mübarizə aparmalıyam? Həyat yoldaşım övladımızı dünyaya gətirərkən niyə Maraşda (orada baş verən zəlzələni nəzərdə tutur -red.) olmalıydım? Biz nə üçün manipulyasiya edilirik?”

Rejissorun bu açıqlaması sosial şəbəkələrdə müzakirə mövzusu olub və birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Ali Atay aktrisa Hazal Kaya ilə evlidir. Cütlüyün 2 uşağı var.