Qaynar xətt:

(+99450) 247 90 86

Batumidə konsertdə atasının ölüm xəbərini aldı

Batumidə konsertdə atasının ölüm xəbərini aldı

ŞOU-BİZNES

275

28.10.2024, 14:20

Türkiyənin məşhur müğənnisi Gülşənin atası Aslan Bayraktar vəfat edib.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı pop ulduz atasının ölüm xəbərini Gürcüstanın Batumi şəhərində konsertdə səhnədə olarkən alıb.

Göz yaşlarına boğulan sənətçi konsertini yarımçıq qoyaraq İstanbula qayıdıb.

Qeyd edək ki, A. Bayraktarın Qaziantepdə dəstəmaz alarkən keçirdiyi infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilib.