Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108771
az

\"400 min pulum olsaydı, özümü dünyanın xöşbəxti sayardım\" - Yusif Mustafayev

13:5914 May, 2024
95
  • A

Əməkdar artist Yusif Mustafayev 400 min manata tikdirdiyi deyilən məscidlə bağlı yaranan qalmaqala aydınlıq gətirib.

Müğənni Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ ətrafında deyilənlərin heç bir əsası yoxdur: "Heç olmasa 2 milyon yazardılar. 3-4 ildir ki, orada iş gedir. Müğənni adamam, hardandır bu qədər pul, 400 min ey… Mənim imkanım olsaydı, elə onu bir aya tikdirərdim də. Balaca bir məsciddir".

Sənətçi deyib ki, bu məlumatı həmkarları yayıb:  "Məlumatı gizlin saxladım, amma müğənni dostlarım çəkib "Tik-Tok"da paylaşıb. Dedim ki, etməyin, Allahın evidir. Amma kimə deyirsən, məni dilə-dişə saldılar. Biabır oldum. 400 min pulum olsaydı, özümü dünyanın xöşbəxti sayardım. Bu addımla xalqıma xidmət etmişəm”.

Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayevin doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində tikdirdiyi məscidin qiyməti açıqlanıb. Məlumata görə, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb. 350 min manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur reperin ölüm cəzası ləğv edildi
"Mesaj gəldi ki, həyat yoldaşın başqa qadınla görüşür" - Xuraman Şuşalı

Əməkdar artist onları polisə verəcək

Xarkova HAVA HÜCUMU: silsilə partlayışlar baş verdi

18+

İnsanlar yanan binadan belə tullandı (18+VİDEO)
3 polisi öldürənin qonşuları danışdı - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Prokurorluq Şabranda evə basqın edən şəxslərlə bağlı MƏLUMAT YAYDI