Damla buna görə efirlərə çıxmır
01 Aprel 2026, 21:24
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1136
19.02.2024, 00:04
Təranə Xeyrulla qızı Qumral (İbrahimova) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub. Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb.
Oxu24.com xəbər verir ki, Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir:
“Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”.
Birinci Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Təranənin qardaşı Firdovsi Məmmədov müharibəyə yollanır. Bir müddət sonra isə qardaşının cəbhədə şəhid olma xəbəri Təranəgilin ailəsini yasa qərq edir.
29 oktyabr 1993-cü ildə Təranənin doğulub böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqınçılıq taleyi yaşayır.
Həmçinin oxu: Şiştəpədə atışma: Güllələnən şəxs görün kimdir
Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar.
Həmçinin oxuyun
Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb.
2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır...
Daha ətraflı Tv11-in hazırldığı verilişi təqdim edirik:
01:41 / 02 Aprel 2026
1
00:54 / 02 Aprel 2026
25
23:49 / 01 Aprel 2026
50
23:40 / 01 Aprel 2026
103
23:15 / 01 Aprel 2026
59
23:04 / 01 Aprel 2026
132
22:55 / 01 Aprel 2026
130
22:40 / 01 Aprel 2026
130
22:30 / 01 Aprel 2026
173
22:14 / 01 Aprel 2026
74
22:08 / 01 Aprel 2026
143
21:54 / 01 Aprel 2026
117
21:39 / 01 Aprel 2026
158
21:36 / 01 Aprel 2026
104
21:35 / 01 Aprel 2026
73
21:29 / 01 Aprel 2026
87
21:24 / 01 Aprel 2026
164
21:20 / 01 Aprel 2026
55
21:17 / 01 Aprel 2026
69
21:14 / 01 Aprel 2026
64
21:11 / 01 Aprel 2026
79
21:10 / 01 Aprel 2026
59
21:06 / 01 Aprel 2026
57
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.