Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102788
az

Arıqlamaq istəyi Mətanət Əsədovanı xəstə etdi

14:3914 Fevral, 2024
354
ŞOU-BİZNES
  • A
Müğənni Mətanət Əsədovanın səhhətində problem yaranıb.
 
OXU24.COM  xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" verilişində danışıb. O bildirib ki, arıqlamaq istəyi onun səhhətində problemlər yaradıb:
 
"İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma bunu edəndə yatağa düşürəm, zəifləyirəm və immunitetim aşağı düşür. Bu yaxınlarda xəstə düşdüm. İki ay 20 gün evdə xəstə yatdım. İstəyirdim ki, sağalım, amma yenidən xəstələnirdim və yenidən yatağa düşürdüm. Aylardır ki, efirə çıxmıram. Artıq sağaldım".
 
M.Əsədova xəstə olduğu üçün mərhum Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin yas mərasiminə qatıla bilmədiyini deyib:
 
"Əməkdar artistlər Gülbahar Şükürlü və Aygün Bəylərin vəfat etməsi mənə çox pis təsir etdi. Mədəniyyətimiz o cür sənətkarları itirdi. Allah onlara rəhmət eləsin. Sənət camiyəsində çox dəyərli sənətkarları itirdik. Xəstəlik bir yandan, digər tərəfdən isə onların yoxluğu məni pis günə qoydu. Sual verəcəklər ki, niyə vida mərasimlərində yox idin? Cavab verim ki, xəstəlik mənə ayağa qalxıb ora getməyə aman vermədi. Mən nə gündə idim, hətta xəstə olmağım səsimdən belə bilinir. Onların hüzurunu və yasını evdə saxladım. Onların məkanları cənnət olsun".
 
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkanın halı pisləşdi, studiyanı tərk etdi - Video
Zaur “Vətəndaş A”dan belə qisas aldı - VİDEO
"3 aydır uşaqlarımı görə bilmirəm" - "Şeron"un Rüstəmi kövrəldi -VİDEO

Tısbağanın başından görün nələr çıxdı— ŞOK VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Polis 3,2 kq-dan artıq      narkotik             aşkarlayıb