Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102348
az

Cahangir Novruzov və Azərin Türkiyədə səs verdi

18:2207 Fevral, 2024
256
  • A

Türkiyədə yaşayan azərbaycanlı sənətçilər növbədənkənar prezident seçkilərində səsvermə hüququndan aktiv şəkildə istifadə ediblər.

OXU24.COM  xəbər verir ki, Azərbaycanın xalq artisti, Adana Çukurova Dövlət Universitetinin professoru Cahangir Novruzov Ankaradakı səfirlikdə qurulan 46 saylı seçki məntəqəsində səs verib.

Xalq artisti açıqlamasında seçki prosesini Azərbaycan xalqı üçün önəmli və tarixi gün adlandırıb.

"Azərbaycan torpaqları 30 illik əsarətdən xilas oldu. Bu gün xalqımız kimə səs verəcəyini çox gözəl bilir. Türkiyədə hər zaman seçici fəallığı olub, amma bu dəfə seçici aktivliyi daha yüksəkdir. Xalqımız üçün xeyirli və ədalətli bir seçim olacağına əminəm", - C.Novruzov əlavə edib.

TRT-nin Ankara radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın xalq artisti Elnarə Kərimova da Türkiyədə təşkil edilən seçki prosesindən razılığını ifadə edib.

Sənətkar deyib ki, seçki prosesi rahat və demokratik şəraitdə keçir:

"Hər kəs öz iradəsi ilə səs verir, Azərbaycan xalqına xeyirli, uğurlu olsun. İnanıram ki, xalqımız doğru seçim edəcək".

Azərbaycanın xalq artisti Azərin seçki prosesi ilə bağlı təəssüratını bölüşüb.

Müğənni deyib ki, vətəndaş olaraq neçə illərdir prezident seçkiləri ilə əlaqədar Türkiyədə səsvermədə iştirak edir.

"Hər dəfə də seçki prosesinə qatılanda görürəm ki, vətəndaşlarımız seçkiyə yüksək ovqatda gəlir, bu dəfə də elə oldu, amma bir fərq vardı, indi seçicilər daha qürurlu idi və bundan mən də qürur hissi keçirdim", - deyə müğənni bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ