Meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadənin görüntüləri marağa səbəb olub.
Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, qonaq olduqları məclisdə birgə ifa edən duet ortaqlarının səmimi görüntüləri müzakirə yaradıb.
Belə ki, görüntüləri sosial şəbəkə hesabında paylaşan P.Bülbüləyə qısa zaman ərzində yüzlərlə şərh yazılıb. Araları dəyən ifaçıları yenidən bir arada görməyinə sevinən izləyicilər olsa da, bəziləri onları bu görüntülərə görə qınayıb.
Paylaşıma "Yaxşı ki, ərim müğənni deyil", "Düzdür duet yaxşı alınır, amma özünüzü çox yaxın aparırsınız, duet ortağından çox başqa şeyə oxşayırsınız. Mənə çox maraqlıdır həyat yoldaşınız nə deyir?", "Yazığın yoldaşı bu görüntüləri görəndə nə çəkir görəsən?", "Utanmasa, Türkanın belindən tutar" kimi yüzlərlə şərh yazılıb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ŞƏRHLƏR