Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100547
az

Röyadan etiraf: Ev halımda getdim bank müdirinin yanına dedim kii...

20:1205 Yanvar, 2024
284
ŞOU-BİZNES
  • A

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

OXU24.COM  xəbər verir ki, sənətçi qonaq olduğu "Qapqara" verilişində yaşadığı evi almaq üçün bank müdiri dostuna ağız açdığını və 8 ay müddətində həmin borc pulu qaytardığını söyləyib. 

"İndi yaşadığım evi almaq üçün ora dayəmiz Solmazla baş çəkdik. Dayəmiz dedi ki, cəmi 20-30 min pul var və biz bu evi heç zaman ala bilmərik. Cavab verdim ki, alacağıq. Dostum olan bank müdirinə zəng vurub söylədim ki, işdəsənsə yanına gəlmək istəyirəm. Onun yanına ev geyimində getdim. O isə mənə hər zaman səhnə geyimində görüb. Məni görüb, şok keçirtdi.
 

Dostuma dedim ki, mənə o evi almaq üçün filan qədər pul lazımdır. Verə bilərsən? Cavab verdi ki, bu pulu sənə vermək üçün bu qədər sənədlər lazımdır. Bunu eşidəndən sonra ayağa qalxıb dedim ki, mən çıxıb gedirəm. Sonra prodüserim Kənan zəng vurub mənə söylədi ki, bəs dostun deyir ki, elə bil ki o artıq pulu götürüb, nə var axı bir söz deyən kimi Röya küsür?! 

Mən isə elə zənn etmişdim ki, həmin pulu qaytarmayacağımı düşünüb. Cəmi 8 ayın içində evi alıb, köçdüm.

Solmaza zəng vurub dedim ki, bir də heç zaman mənə "sən bunu ala bilməzsən" demə. Çünki mən onu edə bilərəm. 8 aya da o pulu qaytarmaq qeyri-mümkün idi. Geyimlərimlə birgə bu pulu qaytarmaq çox çətin idi. Amma o pulu qaytarmaq üçün mən o geyimləri ikinci dəfə məcbur geyindim. Çünki həmin pulu işləyib, qaytarmalı idim. O paltarı başqa cür geyinərəm, eybi yox... Amma mağazalardansa, pulu evin ödənişini verdim", - deyə Röya vurğulayıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ