Müğənni Səidə Sultan keçmiş rəfiqəsi hazırda isə küsülü olan aparıcı Çinarə Əliyeva ilə münasibətlərindən söz açıb.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Xəbərin var?" maqazin verilişində ilk dəfə Çinarə ilə aralarında yaşanan incikliyin səbəbini üzə çıxarıb.
Öz dostuma niyə pislik edim? Bu alçaqlıq olar.
Çinarəni mən tanıyanda "o tərəfdən bu tərəfə" qaçan qız idi. Çinarə adi, qara bir qız idi. Onu mən belə tanımışam. Onun belə işi, sənəti də yox idi ki, deyim ki, onu belə tanımışam. Sadəcə mənim ayağım ruzulu və düşərlidir. Özümə söz vermişəm ki, birdə həyatımda heç kimi populyar etməyəcəyəm. Heç zaman da eləmərəm. Məndən Çinarəyə heç bir ziyan gəlməyib. Yalnız ona yaxşılıq arzulamışam", - deyə Səidə vurğulayıb.