Qaynar xətt:

(+99450) 247 90 86

Kanada Ukraynaya yeni səfir göndərdi

Kanada Ukraynaya yeni səfir göndərdi

SON DƏQİQƏ

408

24.08.2023, 22:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kanada Xarici İşlər Nazirliyi bildirib ki, Ottava Ukraynaya yeni səfir, ukrayna dilini bilən və Ukrayna diasporu ilə sıx bağlı olan Natalka Simosu göndərir. Əvvəllər bu vəzifəni Larisa Qaladzi tuturdu.

 

Oxu24.com xəbər verir  ki,"Ukraynadilli Miss Simosun Ukrayna və Kanadadakı Ukrayna icması ilə dərin əlaqələri var", - nazirliyin bəyanatında deyilir.

 

Xarici İşlər Nazirliyi onu da bildirib ki, Natalka Simos Kiyevdə ölkənin “gözü və qulağı” olacaq.

 

Simos əvvəllər Ukraynadakı Səfirlikdə texniki əməkdaşlıq üzrə məsləhətçi vəzifəsində çalışıb, həmçinin Xarici İşlər Nazirliyinin baş qərargahında işləyib və Kanadanın digər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

 

Müəllif: Miri Məcidli