Qaynar xətt:

(+99450) 247 90 86

İsveçin təyyarəsi  Rusiya sərhədləri yaxınlığından uçdu

İsveçin təyyarəsi  Rusiya sərhədləri yaxınlığından uçdu

SON DƏQİQƏ

481

03.08.2023, 18:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsveç Hərbi Hava Qüvvələrinin Gulfstream IV SP Korpen kəşfiyyat təyyarəsi Finlandiyanın hava məkanında diqqət çəkib - o, Rusiya sərhədi ətrafında uçub.

 

Oxu24.com xəbər verir ki,bu barədə  Flightradar24  saytı məlumat yayıb.

 

Təyyarə Finlandiyanın şimalındakı İnari gölünün üzərindən bir istiqamətdə, sonra əks istiqamətdə uçub, daha sonra cənuba dönərək Rusiya sərhədi boyunca davam edib. O, İsveçin cənubundakı Linköpinq yaxınlığındakı aerodromda yerləşir.


Aviasiya eksperti Miikki Hultun sözlərinə görə, bu, İsveç Hərbi Hava Qüvvələrinin ilk belə uçuşudur, çünki Amerika təyyarələri əvvəllər Finlandiya ərazisi üzərində kəşfiyyatla məşğul olub.

 

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın MQ-9 Reaper pilotsuz təyyarəsi Suriya səmasında təhlükəli şəkildə Su-34 qırıcısına yaxınlaşıb.

 

Bu, Rakka əyalətində beş min metr yüksəklikdə baş verib.

 

Müəllif: Miri Məcidli