Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya təcili açıqlama yaydı

SON DƏQİQƏ! Rusiya təcili açıqlama yaydı

SON DƏQİQƏ

606

19.07.2023, 19:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya tərəfi humanitar dəhlizlə bağlı açıqlama yayıb.

Oxu24.com xəbər  verir  ki,Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, taxıl müqaviləsinin sona çatdığı və Qara dənizdəki humanitar dəhlizlərin azaldıldığı bildirilib.

 

Bu çərçivədə Rusiyanın Ukrayna limanlarına gedən gəmilərlə bağlı verdiyi qərar, “20 iyul 2023-cü il saat 00.00-dan etibarən Qara dənizdən Ukrayna limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək”,- deyə  bəyanatda qeyd edilib.

 

Müvafiq olaraq, belə gəmilərin olduğu ölkələr də Kiyev rejiminin tərəfində Ukrayna münaqişəsində iştirak etmiş hesab olunacaqlar”, - deyə məlumatda bildirilir.

 

Qara dənizin şimal-qərb və cənub-şərqindəki beynəlxalq sularda bəzi ərazilər də naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.

 

Tərcümə: Nigar