Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada güclü partlayış olub:Xeyli sayda ölən var

Rusiyada güclü partlayış olub:Xeyli sayda ölən var

SON DƏQİQƏ

579

07.07.2023, 13:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın  Samara vilayətinin Çapayevsk şəhərindəki Promsintez zavodunda baş vermiş partlayış nəticəsində 6 nəfərin öldüyünü bildirib. Hadisə zamanı iki nəfər də yaralanıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə Ren Tv məlumat yayıb.

 

"Zavod ərazisində boru kəmərinin bir hissəsinin dəyişdirilməsi işləri zamanı partlayış baş verib.

Müəssisənin 6 əməkdaşı həlak olub, ikisi yaralanıb", - mənbə bildirib.

Partlayış cümə günü, iyulun 7-də səhər saat on bir radələrində baş verib.

Hadisə nəticəsində dağıntı olmayıb. Təfərrüatlar dəqiqləşdirilir.

Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilir.

 

Tərcümə: Nigar