Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

SON DƏQİQƏ

948

28.06.2023, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sadəcə Mariya" və "Vəhşi Ürək" filmlərinin aktrisası Coana Brito 79 yaşında vəfat edib.

Oxu24.com xəbər verir ki, Meksikalı kino və televiziya aktrisası, dublyaj rəssamı və rejissoru Coana Brito 79 yaşında vəfat edib.

Milli Aktyorlar Assosiasiyasının rəsmi hesablarına görə, ölüm səbəbi böyrək çatışmazlığı olub.

Britonun səhhətindəki problemlər ötən il məlum olub.

Aktrisa 1944-cü ildə Meksikanın şimalında anadan olub. O, kino və cizgi filmlərində uşaq obrazlarının səslənməsi və dublyajı üzərində işləyib. Joana Brito da rejissorluq dərəcəsi alıb.

Onun ən populyar və tamaşaçıların sevimli layihələri arasında "Sadəcə Mariya", "Qurd yuvası", "Vəhşi ürək", "Qız" kimi layihələr var.

 

Tərcümə: Nigar