Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyada "Vaqner"lə bağlı şok qərar: Silahları alındı

SON DƏQİQƏ! Rusiyada \\\"Vaqner\\\"lə bağlı şok qərar: Silahları alındı

SON DƏQİQƏ

627

27.06.2023, 13:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müdafiə Nazirliyi "Vaqner" PMC ağır texnikasının Rusiya Federasiyasının silahlı qüvvələrinə təhvil verilməsinin hazırlığını elan edib.

 

Oxu24.com xəbər  verir  ki,"Vaqner" PMC-nin ağır texnikası Rusiya Silahlı Qüvvələrinin bölmələrinə veriləcək.

 

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

 

Onlar qeyd ediblər ki, hazırda texnikanın təhvil verilməsi üçün hazırlıq işləri aparılır.

 

"Vaqner PMC-nin ağır hərbi texnikasının Rusiya Federasiyası Silahlı Qüvvələrinin aktiv bölmələrinə təhvil verilməsinə hazırlıq gedir", - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

 

Daha əvvəl FSB-nin VTK silahlı üsyanla bağlı işin dayandırıldığını elan etdi, çünki onun iştirakçıları cinayətə birbaşa yönəlmiş hərəkətləri dayandırdılar.

 

Rusiya lideri Vladimir Putin bir müddət əvvəl bildirib ki, ölkədə iğtişaşları qızışdırmaq cəhdi uğursuzluğa məhkumdur.

 

Tərcümə: Miri Məcidli