Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

SON DƏQİQƏ

406

19.06.2023, 09:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyədə Rixter cədvəli üzrə 4 maqnitudada iki zəlzələ baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. İlk yeraltı təkanlar iyunun 18-də saat 18:36-da ölkənin şərqində, Malatya vilayətində 4,6 maqnitudada, 7,06 km dərinlikdə qeydə alınıb.
Həmçinin, saat 23:59-da Adana vilayəti, Saimbəyli rayonu ərazisində 4 maqnitudada zəlzələ olub. Hələlik dağıntılar və tələfatlar barədə məlumat yoxdur. Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb. Nigar