Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Məşhur siyasətçi öldü

SON DƏQİQƏ! Məşhur siyasətçi öldü

SON DƏQİQƏ

868

12.06.2023, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İtaliyanın keçmiş baş naziri, “Forza Italia” partiyasının yaradıcısı Silvio Berluskoni 86 yaşında vəfat edib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Berluskoni xəstəxanadan çıxdıqdan cəmi üç həftə sonra iyunun 9-da xəstəxanaya yerləşdirildiyi Milanda San Raffaele xəstəxanasında dünyasını dəyişib.


Aprelin əvvəlində pnevmoniya ilə xəstəxanaya yerləşdirildikdən sonra siyasətçiyə xroniki miyelomonositar leykemiya diaqnozu qoyulub.

Xəstəliklə əlaqədar olaraq kimyaterapiya kursu keçib. Berluskoni 45 gün Milan klinikalarından birində yatıb və mayın 19-da evə buraxılıb.

Silvio Berluskoni dörd dəfə - 1994, 2001, 2005 və 2008-ci illərdə İtaliya hökumətinin başçısı olub. 2011-ci ildə qalmaqallar və təqiblərə görə istefa verdi. 2019-cu ildə siyasətçi İtaliyadan Avropa Parlamentinə seçilib. 2022-ci ilin sentyabrında cənab Berluskoni Monza seçki dairəsindən Senata seçkilərdə qalib gəlib.

 

Tərcümə: Miri Məcidli