Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə partlayış törədilib: Polis şəxsləri axtarır

Gəncədə partlayış törədilib: Polis şəxsləri axtarır

SON DƏQİQƏ

809

20.05.2023, 20:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.

Türkiyənin məşhur müğənnisi vəfat etdi: Ərdoğan başsağlığı verdi

Miri Məcidli