Türk musiqisinin əfsanəvi sənətçilərindən olan Nuri Sesigüzel 86 yaşında ürək çatışmazlığından vəfat edib. Ustad sənətçi sabah Teşvikiyə məscidində qılınacaq cənazə namazından sonra son mənzilə yola salınacaq.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qara Qaşlı Gözlü Elmas, Qəhvəyi Gözlü, Durma Gözəl Durma, Bir Fincan Kahve Olum kimi mahnıları ilə sevilən ustad sənətçi Nuri Sesigüzel Beylikdüzündə özəl xəstəxanada ürək çatışmazlığından dünyasını dəyişib. Xəbəri həmkarı İbrahim Tatlısəs açıqlayıb.
Sosial media hesabından paylaşım edən Tatlısəs "Ustadımız Nuri Sesigüzelimizi itirdik. Kədərimi ifadə edə bilmirəm. Bütün sevənlərinə və ailəsinə başsağlığı verirəm. Ustadımıza Allahdan rəhmət diləyirəm" deyib.
Nuri Sesigüzelin vəfatından sonra başsağlığı verən prezident Rəcəb Tayyib Ərdoğan, “Türk musiqisinin ustadı Nuri Sesigüzelə Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə və bütün sənət ictimaiyyətimizə başsağlığı verirəm.Dəyərli sənətkarımız, məkanı cənnət olsun”,-sözlərini yazıb.
Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR