Qaynar xətt:

(+99450) 247 90 86

YAP-ın nüfuzuna xələl gətirən 15 nəfər partiyadan xaric edilib

YAP-ın nüfuzuna xələl gətirən 15 nəfər partiyadan xaric edilib

SON DƏQİQƏ

607

17.05.2023, 15:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
15 nəfər partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
Oxu24.com xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. İdarə Heyətinin iclasında partiyanın üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb.
YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub. Miri Məcidli