Qaynar xətt:

(+99450) 247 90 86

Beyləqanda avtomobil aşıb, ölənlər var

Beyləqanda avtomobil aşıb, ölənlər var

SON DƏQİQƏ

395

05.05.2023, 09:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.
Oxu24.com-un xəbərinə görə, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Salahlı Əyyub Sahib oğlu idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Daha sonra maşın yoldan çıxaraq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəllüdlü Orucov Rəşad Elxan oğlu və 1995-ci il təvəllüdlü Xudiyev Eltun İsrəfil oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.