Qaynar xətt:

(+99450) 247 90 86

BƏRDƏDƏ ATIŞMA OLUB: YARALILAR VAR

BƏRDƏDƏ ATIŞMA OLUB: YARALILAR VAR

SON DƏQİQƏ

850

22.04.2023, 21:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Report"un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, insident bu gün axşam saatlarında Bərdə şəhəri, "26-lar" adlanan ünvanda qeydə alınıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a bildirilib ki, 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

 

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

 

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.