Qaynar xətt:

(+99450) 247 90 86

Kanaldan meyiti tapılan şəxs görün kim imiş

Kanaldan meyiti tapılan şəxs görün kim imiş

SON DƏQİQƏ

1028

10.04.2023, 21:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda Cənubi-Muğan kanalında tapılan qadın meyitinin Mingəçevir sakininə məxsus olması ehtimal edilir.

Oxu24.com xəbər  verir  ki, "Report"un əldə etdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Zeynəb Səbzəliyeva keçən ilin avqust ayında Yuxarı Qarabağ kanalında batıb.

Məhz Biləsuvar rayonunda Arazbarı kəndi yaxınlığında kanalda tapılan meyitin ona aid olması ehtimal edilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Meyitin şəxsiyyəti genetik ekspertizadan sonra bilinəcək.

Qeyd edək ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun “961” nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə ( müraciət etmələri xahiş olunur.