Qaynar xətt:

(+99450) 247 90 86

Qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var

Qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var

SON DƏQİQƏ

469

05.04.2023, 10:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Oxu24.com-"a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərksilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir