Qaynar xətt:

(+99450) 247 90 86

Polis qızı axtarışa verdi -Jurnalisti öldürüb

Polis qızı axtarışa verdi -Jurnalisti öldürüb

SON DƏQİQƏ

781

03.04.2023, 13:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya Daxili İşlər Nazirliyi Sankt-Peterburqda hərbi müxbir Vladlen Tatarskinin öldüyü kafedə baş verən partlayışda şübhəli bilinən Daria Trepovanı axtarışa verib.

Oxu24.com xəbər verir  ki, Bu barədə TASS məlumat yayıb.

Nazirliyin məlumat bazasında bildirilir ki, 1997-ci il təvəllüdlü Darya Evgenievna Trepova Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır. İstintaq hesab edir ki, Sankt-Peterburq sakini Trepova kafeyə içərisində partlayıcı qurğu quraşdırılmış hərbi komissarın büstü olan qutu gətirib.

Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib. Partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, 32 nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist Vladlen Tatarskidir.

 

Miri Məcidli