Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! İranın yüksək rütbəli zabiti məhv edildi

TƏCİLİ! İranın yüksək rütbəli zabiti məhv edildi

SON DƏQİQƏ

1076

02.04.2023, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bir neçə gün öncə İsrail qüvvələrinin Suriyanın paytaxtı Dəməşq ətrafındakı hədəflərə zərbəsi nəticəsində yaralanan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) hərbi müşaviri Miqdad Mehqani ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə “Sabrin News” və “Sepah”a bağlı teleqram kanalları məlumat yayıb. Xatırladaq ki, bu, son günlər İranın Suriyada itirdiyi ikinci zabitdir. Daha öncə İsrail qüvvələrinin əməliyyatı sonucunda “Sepah”ın hərbi müşaviri Milad Heydəri zərərsizləşdirilmişdi.
Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu 1979-cu ildə ayətullah Xomeyninin tərəfdarlarından ibarət hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. “Sepah” İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir. ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn “Sepah”ı terror təşkilatı kimi tanıyır.