Qaynar xətt:

(+99450) 247 90 86

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

SON DƏQİQƏ

675

31.03.2023, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən 2 nəfər saxlanılıblar.
Bu barədə Oxu24.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.