Qaynar xətt:

(+99450) 247 90 86

 Ukrayna Rusiya şəhərinə hücum edib - VİDEO

 Ukrayna Rusiya şəhərinə hücum edib - VİDEO

SON DƏQİQƏ

727

26.03.2023, 22:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna pilotsuz uçan aparatı ilə Rusiyanın Tula vilayətinə  hücuma cəhd edib.

Lakin Tula vilayətində yerləşən “Pole-21” elektron müharibə kompleksi tərəfindən sıradan çıxarılıb.

Oxu24.com xəbər  verir  ki,  bu  barədə   Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata görə, Ukrayna PUA-sı martın 26-da  Kireevsk yaxınlığında vurulub.

Bundan əvvəl bildirilib ki, martın 26-da Tula vilayətinin Kireevsk şəhərində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Üç yaşayış binasına və yardımçı tikililərə ziyan dəyib.

Qeyd olunur ki, Tula vilayətində Rusiya hava hücumundan müdafiə sistemləri qrupu yerləşdirilib ki, bura: S-300 və Pantsir-S1 zenit-raket kompleksləri, həmçinin “Pole-21” elektron döyüş sistemləri daxildir. 

Belə ki, məhz “Pole-21” elektron müharibə kompleksi Ukrayna PUA-nı sıradan çıxarıb, nəticədə qurğu Tula yaxınlığında dağılıb.

Hazırda Ukraynaya məxsus pilotsuz təyyarənin qəzaya uğradığı yerdə Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

 

Tərcümə: Miri Məcidli