Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Xersonu vurdu: xeyli sayda yaralı var

Rusiya Xersonu vurdu: xeyli sayda yaralı var

SON DƏQİQƏ

401

26.03.2023, 11:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən sutka ərzində Rusiya ordusunun Xerson vilayətinin atəşə tutulması zamanı 200-dən çox mərmi atıblar.

Oxu24.com  xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Telegram səhifəsində məlumat verib.


“Son sutka ərzində düşmən 49 hücum həyata keçirib, ağır artilleriya və “Qrad”lardan 210 mərmi atılıb” – o deyib.

Eyni zamanda bildirilib ki, O cümlədən, Rusiya tərəfi Xerson şəhərini üç dəfə atəşə tutub: 13 mərmi yaşayış məntəqələrinə, şəxsi və yaşayış binalarına, əraziyə və məktəb binasına düşüb.

"Təəssüf ki, 9 nəfər yaralanıb", - Prokudin bildirib.

Onun sözlərinə görə, dünən rayonun işğal olunmuş ərazisindən 91 nəfər təxliyə edilib.

Miri Məcidli