Qaynar xətt:

(+99450) 247 90 86

Yardımlıdan dəhşətli xəbər gəldi: Ölən və yaralı var

Yardımlıdan dəhşətli xəbər gəldi: Ölən və yaralı var

SON DƏQİQƏ

787

16.03.2023, 09:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yardımlı rayonunda avtomobil aşıb, ölən və xəsarət alan var.
"Report"un xəbərinə görə, hadisə Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb. Belə ki, Əliyev Cavid Vaqif oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin İmanov Nahid Kamil oğlu hadisə yerində ölüb, sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.