Qaynar xətt:

(+99450) 247 90 86

Hacıqabulda yol qəzası baş verib, ölən və yaralananlar var

Hacıqabulda yol qəzası baş verib, ölən və yaralananlar var

SON DƏQİQƏ

467

09.03.2023, 00:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın  məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
 
 
"Renault Megane" markalı avtomobil yol kənarında dayanan "Mercedes Ateko" markalı yük avtomobilinə çırpılıb.
 
Nəticədə minik avtomobilindəki sərnişin hadisə yerində ölüb.
 
Sürücü və digər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.