Qaynar xətt:

(+99450) 247 90 86

Ət kəskin bahalaşdı

Ət kəskin bahalaşdı

SON DƏQİQƏ

1059

01.03.2023, 19:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Biləsuvar rayonunda mal ətinin satış qiyməti qalxıb.

Oxu24.com-un Reporta istinadən  məlumatına görə, artıq bir neçə gündür ki, mal əti bahalaşıb.

Satıcıların sözlərinə görə, bazarda mal ətinin qiymətində 1-2 manat artım var: "İndi mal ətinin 1 kq-ı 13-14 manata satılır. Əvvəl isə ətin qiyməti 12 manat idi".

Buna səbəb kimi diri mal-qaranın qiymətinin qalxması göstərilir.

Diri mal-qara satıcıları isə deyir ki, rayonda yem bahalaşdığı üçün bu da öz növbəsində diri heyvanların qiymətinə təsir edib:

"Hazırda quru yonca bağlamasının qiyməti 6-7 manat arasında dəyişir. Amma keçən il bu qiymət 4-5 manat idi".

Həmçinin satıcıların sözlərinə görə, quzu ətinin qiyməti isə təxminən 1 ay öncə qalxıb.