Qaynar xətt:

(+99450) 247 90 86

Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Valideynlər meyitlərin tanınması üçün çağırıldı

SON DƏQİQƏ

481

14.02.2023, 17:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir.

 

Oxu24.com xəbər verir ki, artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar.

 

Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.


 

Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.

 

Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid "Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb.(AZXEBER.COM )