Qaynar xətt:

(+99450) 247 90 86

Gecə saatlarında dəhşətli hadisə: Xeyli sayda yaralı var

Gecə saatlarında dəhşətli hadisə: Xeyli sayda yaralı var

SON DƏQİQƏ

459

17.01.2023, 22:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

Oxu24.com-un  məlumatına görə, Qazax rayon Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)