Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz Rəcəbov vəfat edib

Mübariz Rəcəbov vəfat edib

SON DƏQİQƏ

361

14.01.2023, 09:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.

 

Oxu24.com xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.

 

Qeyd edək ki, Mübariz Kərim oğlu Rəcəbov 1993-cü il avqustun 9-dan 1999-cu il dekabrın 13-dək Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

O, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı rayonun ərazisində vətəndaşların seçki hüquqlarının pozulmasına yol verilməsi və seçki prosesinə müdaxilə üçün şərait yaratdığına görə icra başçısı vəzifəsindən azad edilib.