AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1030
12.01.2023, 11:03
Azərbaycanda müşahidə olunan faktiki və gözlənilən hava açıqlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub.
Direktor bildirib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.
G.Məmmədova deyib ki, cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb:
"Havanın minimal temperaturu Bakıda iqlim normasından 5.3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub.
Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək".
Bakı bulvarında dəhşətli anlar: FHN hadisə yerində +VİDEO
13:54 / 10 Oktyabr 2026
13
13:33 / 10 Oktyabr 2026
119
12:50 / 10 Oktyabr 2026
78
12:30 / 10 Oktyabr 2026
63
12:15 / 10 Oktyabr 2026
75
12:10 / 10 Oktyabr 2026
84
11:51 / 10 Oktyabr 2026
156
11:45 / 10 Oktyabr 2026
80
11:33 / 10 Oktyabr 2026
111
11:26 / 10 Oktyabr 2026
3018
11:11 / 10 Oktyabr 2026
1102
10:50 / 10 Oktyabr 2026
134
10:35 / 10 Oktyabr 2026
119
10:31 / 10 Oktyabr 2026
96
10:26 / 10 Oktyabr 2026
100
10:24 / 10 Oktyabr 2026
70
10:23 / 10 Oktyabr 2026
73
09:40 / 10 Oktyabr 2026
71
02:13 / 10 Oktyabr 2026
218
00:16 / 10 Oktyabr 2026
243
23:59 / 09 Oktyabr 2026
179
23:57 / 09 Oktyabr 2026
2377
23:54 / 09 Oktyabr 2026
1842
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.