Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Sabahki günlə bağlı əhaliyə xəbərdarlıq edildi

SON DƏQİQƏ! Sabahki günlə bağlı əhaliyə xəbərdarlıq edildi

SON DƏQİQƏ

586

09.01.2023, 00:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-averilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Yanvarın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq. Yollar buz bağlayacaq.