AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
796
06.01.2023, 09:51
Meksika polisi hərbçilərlə birlikdə cümə axşamı səhər tezdən məşhur narkobaron El Caponun (Qısa) oğlunu Sinaloa ştatının Culiacan şəhərində həbs edib.
Oxu24.com BBC-yə istinadən xəbər verir ki, əməliyyat atışma və avtomobillərin yandırılması ilə müşayiət olunub, yerli aviaşirkətin təyyarəsinə bir neçə güllə dəyib.
Meksikanın müdafiə nazirinin sözlərinə görə, Quzman-Lopes atasının yaratdığı Sinaloa narkotik kartelinin şöbəsinə rəhbərlik etməkdə ittiham olunub.
Bu, istehsal, qaçaqmalçılıq və narkotik ticarəti ilə məşğul olan dünyanın ən böyük gizli təşkilatlarından biridir.
Sandoval həmçinin aydınlaşdırıb ki, narkobaronun tutulması əməliyyatı ABŞ hakimiyyətinin dəstəyi ilə həyata keçirilib və hazırda cinayətkar ölkənin paytaxtı Mexikoda təhlükəsiz yerdə saxlanılır.

Narkotik baronunun həbsi məlum olduqdan sonra Culiacanda iğtişaşlar başlayıb.Küçələrdə atışmalar gedir. Yerli hakimiyyət orqanları sosial mediada Culiacanda təhsil və inzibati fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı barədə bildiriş yayıblar.
Kuliakan meri bildirib ki, hərbçilər səhər saatlarından xüsusi əməliyyat keçirib və bir çox ərazilər mühasirəyə alınıb.
Narkotik baronunun həbsi və Kuliakandakı iğtişaşlar gələn həftə Mexikoda Şimali Amerika Liderlərinin Sammitində iştirak edəcək ABŞ prezidenti Co Baydenin Meksikaya səfəri öncəsi baş verib.
Dekabr ayında ABŞ, ataları El Çapo həbs edildikdən sonra dəstəni idarə etməyə davam etdiyi güman edilən Ovidio və onun üç qardaşının həbsinə və ya onlara hökm oxunmasına səbəb olan məlumatlara görə 5 milyon dollar mükafat təklif etmişdi.
Tərcümə: Miri Məcidli

23:34 / 10 Oktyabr 2026
1
23:24 / 10 Oktyabr 2026
38
23:24 / 10 Oktyabr 2026
41
23:11 / 10 Oktyabr 2026
45
22:55 / 10 Oktyabr 2026
54
22:49 / 10 Oktyabr 2026
87
22:39 / 10 Oktyabr 2026
60
22:35 / 10 Oktyabr 2026
117
22:28 / 10 Oktyabr 2026
63
22:06 / 10 Oktyabr 2026
71
21:36 / 10 Oktyabr 2026
1086
21:20 / 10 Oktyabr 2026
392
21:10 / 10 Oktyabr 2026
92
21:02 / 10 Oktyabr 2026
157
20:50 / 10 Oktyabr 2026
109
20:37 / 10 Oktyabr 2026
80
20:26 / 10 Oktyabr 2026
122
20:04 / 10 Oktyabr 2026
125
19:53 / 10 Oktyabr 2026
199
19:42 / 10 Oktyabr 2026
425
19:32 / 10 Oktyabr 2026
108
19:25 / 10 Oktyabr 2026
199
19:16 / 10 Oktyabr 2026
435
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.