Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.
DİN mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.
Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.
Nəticədə maşın elektrik dirəyinə çırpılıb.
Hadisə saat 18:00-da baş verib
***
Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
Oxu24.com xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə sükana nəzarəti itirib.
Nəticədə maşın aşıb.
Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.
Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
ŞƏRHLƏR