Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Rusiya Ukraynanı vurdu

TƏCİLİ! Rusiya Ukraynanı vurdu

SON DƏQİQƏ

440

29.12.2022, 13:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs yaralanıb.

Oxu24.com  “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.  

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.