Qaynar xətt:

(+99450) 247 90 86

Ordular hazır vəziyyətə gətirildi:Yeni döyüşlər gözlənilir

Ordular hazır vəziyyətə gətirildi:Yeni döyüşlər gözlənilir

SON DƏQİQƏ

1652

27.12.2022, 10:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiya prezidenti Aleksandar Vucic ordunun tam döyüş hazırlığına gətirilməsi barədə əmr verib.

Oxu24.com  xəbər  verir   ki, Serbiya mediası yazır ki, oxşar qərar Kosovo hakimiyyəti tərəfindən də verilib.

“Serbiya Prezidenti Ali Baş Komandan kimi bu gecə (dekabrın 26-da – red.) Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığının ən yüksək səviyyəsinə, yəni silahlı qüvvələrdən istifadə səviyyəsinə hazır vəziyyətə gətirilməsini əmr edib." Serbiyanın müdafiə naziri Miloş Vuçeviç mətbuata  bu  barədə   bildirib.

O, həmçinin bildirib ki, belə bir qərara səbəb Kosovo hakimiyyətinin Kosovonun şimalında serblərin barrikadalarına hücuma hazırlaşmasıdır.

Serbiya mediası Kosovonun da öz növbəsində ordusunu maksimum hazırlıq vəziyyətinə gətirdiyini bildirib.

 

Tərcümə: Miri Məcidli