AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
576
25.12.2022, 23:32
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
Oxu24.com xəbər verir ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gecə saatlarında da yüksək əhval-ruhiyyə hökm sürür.
Bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edirlər və milli rəqslər oynayırlar.
Eyni zamanda ekofəallar və gənc könüllülər dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 14 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
21:32 / 11 Oktyabr 2026
1
21:29 / 11 Oktyabr 2026
10
21:20 / 11 Oktyabr 2026
281
21:17 / 11 Oktyabr 2026
52
21:16 / 11 Oktyabr 2026
39
20:56 / 11 Oktyabr 2026
56
20:36 / 11 Oktyabr 2026
617
20:26 / 11 Oktyabr 2026
86
20:15 / 11 Oktyabr 2026
298
20:09 / 11 Oktyabr 2026
605
20:03 / 11 Oktyabr 2026
90
19:47 / 11 Oktyabr 2026
236
19:29 / 11 Oktyabr 2026
243
19:23 / 11 Oktyabr 2026
262
19:12 / 11 Oktyabr 2026
184
19:12 / 11 Oktyabr 2026
116
19:05 / 11 Oktyabr 2026
185
18:52 / 11 Oktyabr 2026
7661
18:46 / 11 Oktyabr 2026
113
18:37 / 11 Oktyabr 2026
85
18:13 / 11 Oktyabr 2026
196
18:08 / 11 Oktyabr 2026
96
17:57 / 11 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.