AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
541
23.12.2022, 22:08
Fransada gərginlik yaranıb.
Oxu24.com Fransa prokurorluğuna istinadən xəbər verir ki, Parisin mərkəzində atışma nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.
Son məlumatlara görə, üç nəfər yaralanıb.
Hücumun irqçilik motivləri ilə bağlı versiyası hazırlanır. Atəş açan 69 yaşlı fransızdır, o, saxlanılıb.
Atışmadan qısa müddət sonra kürd icmasının etirazları kürd mərkəzinin ərazisində başlayıb və bu, polislə toqquşmaya çevrilib.
BBC xəbər verir ki, etirazçılar zibil qablarını və restoranın masalarını aşırıblar.
İğtişaşları yatırmaq üçün təchiz edilmiş polis hadisə yerinə gəlib. Qarşıdurma zamanı polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılar onlara daş atıb.
Fransanın daxili işlər naziri Gerald Darmanin şərhində bildirib ki, atıcının hədəfi açıq şəkildə əcnəbilərdir, lakin hələ də onların kürd olduğunu söyləmək mümkün deyil. Hadisənin motivləri aydınlaşdırılır.

Hadisəni törədən şəxsin hücumuna məruz qalan restoran işçisi “Biz gördük ki, ağdərili yaşlı bir adam içəri girib atəş açmağa başlayıb, sonra o, kürd mədəniyyət mərkəzinə atəş açmağa başlayıb, daha sonra isə yaxınlıqdakı bərbərə gedib”.,deyə bildirib.
Şahidlərin və yerli hakimiyyət orqanlarının sözlərinə görə, atəş açan şəxs kürd mədəniyyət mərkəzinə, restorana və bərbərə hücum edib. Bildirilir ki, 69 yaşlı şübhəli şəxs həbs zamanı polisə müqavimət göstərməyib.
Parisin baş prokuroru Laure Bekku bildirib ki, şübhəli bir il əvvəl Paris qaçqın düşərgəsində çadırlara qılıncla hücum etdikdən sonra həbs edilibmiş .Düşərgəyə hücum 2021-ci il dekabrın 8-də Parisin şərqindəki Bersi rayonunda baş verib. Lakin o sonradan azadlığa buraxılıb.
Tərcümə: Miri Məcidli
01:20 / 12 Oktyabr 2026
898
01:15 / 12 Oktyabr 2026
154
00:50 / 12 Oktyabr 2026
161
00:40 / 12 Oktyabr 2026
2424
00:40 / 12 Oktyabr 2026
143
00:38 / 12 Oktyabr 2026
262
00:36 / 12 Oktyabr 2026
217
00:35 / 12 Oktyabr 2026
198
00:17 / 12 Oktyabr 2026
753
23:55 / 11 Oktyabr 2026
144
23:50 / 11 Oktyabr 2026
1317
23:43 / 11 Oktyabr 2026
93
23:37 / 11 Oktyabr 2026
93
23:30 / 11 Oktyabr 2026
3725
23:21 / 11 Oktyabr 2026
254
23:09 / 11 Oktyabr 2026
1331
23:02 / 11 Oktyabr 2026
146
22:49 / 11 Oktyabr 2026
927
22:46 / 11 Oktyabr 2026
152
22:28 / 11 Oktyabr 2026
2195
22:25 / 11 Oktyabr 2026
208
22:22 / 11 Oktyabr 2026
1076
22:19 / 11 Oktyabr 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.