Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

SON DƏQİQƏ! Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib

SON DƏQİQƏ

1864

21.12.2022, 00:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev  Oxu24.com-a bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir.

 

"Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir.

Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür", - E.Hacıyev qeyd edib.

 

Miri Məcidli