Qaynar xətt:

(+99450) 247 90 86

 İsrail İran obyektlərini vurdu: Ölənlər var

 İsrail İran obyektlərini vurdu: Ölənlər var

SON DƏQİQƏ

373

19.12.2022, 23:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail ordusu çərşənbə axşamı  Suriyanın paytaxtı Dəməşq ətrafında hava limanına bitişik əraziyə raket zərbəsi endirib.

Oxu24.com xəbər verir  ki, Bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb.

Məlumata görə, hava limanının yaxınlığındakı dörd əraziyə hücum edilib.


SANA bundan əvvəl İsrailin Dəməşqin ətraf ərazilərindən birinə endirdiyi zərbə barədə məlumat vermişdi.

Agentlik hərbi mənbəyə istinadən yazır ki, saat 00:30 radələrində İsrail ərazisindən bir neçə raket buraxılıb. Bu hücum nəticəsində yaralıların və maddi ziyanın olduğu bildirilir.

Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Dəməşq hava limanı yaxınlığında və Dəməşqin cənubundakı Əs-Səid Zeynəb bölgəsində iranpərəst yaraqlıların mövqelərinə ən azı dörd raket atıldığını bildirir. Ölənlərin olduğu bildirilir.

Səudiyyə mediası bildirib ki, raket zərbəsi nəticəsində bu yaxınlarda Dəməşq hava limanı yaxınlığında yerləşdirilən İran istehsalı olan hava hücumundan müdafiə sistemi sıradan çıxıb.

 

Tərcümə: Miri Məcidli