Qaynar xətt:

(+99450) 247 90 86

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

Sülhməramlılar aksiyanın keçirildiyi əraziyə modul tipli yataqxanalar gətirib

SON DƏQİQƏ

301

12.12.2022, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir.

“Report”un əməkdaşı xəbər verir ki, yataqxanalar “Kamaz” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.