Qaynar xətt:

(+99450) 247 90 86

OPERATİV QƏRƏRGAH AÇIQLAMA YAYDI

OPERATİV QƏRƏRGAH AÇIQLAMA YAYDI

SON DƏQİQƏ

297

11.12.2022, 23:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 68 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 511 nəfər müalicə olunaraq sağalıb, hazırda 373 aktiv xəstə var. Bu günə qədər 9 986 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 475, bu günə qədər isə ümumilikdə 7 394 585 test icra olunub.