Qaynar xətt:

(+99450) 247 90 86

Hava ilə bağlı XƏBƏRDARLIQ

Hava ilə bağlı XƏBƏRDARLIQ

SON DƏQİQƏ

470

08.12.2022, 16:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dekabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 3-5, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 65-75 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacaq.