Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə terror aktı gözlənilir - XƏBƏRDARLIQ

Türkiyədə terror aktı gözlənilir - XƏBƏRDARLIQ

SON DƏQİQƏ

404

01.12.2022, 18:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin paytaxtı Ankara şəhərində terror aktı gözlənilir.

Oxu24.com xəbər verir  ki, ən azı iki  ölkənin səfirliyi Ankarada yeni terror təhlükəsi ilə bağlı xəbərdarlıq alıb. Serbiya hökuməti  İstanbulun mərkəzində baş verən partlayışdan iki həftə sonra öz vətəndaşlarını Türkiyəyə  səyahət etməmək barədə xəbərdar edib.Bu barədə  Reuters agentliyi məlumat yayıb.


Üç Qərbi Avropa ölkəsinin səfirliyi və bir böyük beynəlxalq təşkilat Reuters agentliyinə bildirib ki, Türkiyə rəsmiləri  onları potensial təhlükələr barədə xəbərdar edib və məsələnin həssaslığına görə adlarının çəkilməsini  istəməyib.

İşçilərə  ticarət mərkəzlərində, avtovağzallarda və hava limanlarında risklər barədə xəbərdarlıq mesajı göndərilib.

Türkiyənin Müdafiə və Daxili İşlər nazirlikləri xəbərdarlıqları şərh etməkdən imtina ediblər.

Bu arada Serbiyanın "Tanjuq" xəbər agentliyi ölkənin xarici işlər naziri İvitsa Daçiçə istinadən yazıb ki, ölkə vətəndaşları mümkün hücumlar səbəbindən yaxın həftələrdə Türkiyəyə və xüsusilə də Ankaraya səfərlərdən çəkinməlidirlər.

 

Tərcümə: Miri Məcidli